“Turan Tovuz” liderliyini qoruyur

post-img

Dünən futbol üzrə Misli Premyer Liqasında X turunun son oyunu keçirilib. Paytaxtın “Sabah” komandası “Bank Respublika Arena”da “Qəbələ”ni qəbul edib. Bu oyuna qədər Bakı klubu turnir cədvəlində 15 xalla 6-cı, 5 xalı olan bölgə təmsilçisi isə 10-cu sırada yer alıb. Oyun 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Xatırladaq ki, turun ötən həftə keçirilən qarşılaşmalarında “Qarabağ” “İmişli”yə 2:0, “Zirə” “Karvan-Yevlax”a 3:2, “Neftçi” “Kəpəz”ə 5:1, “Turan Tovuz” “Şamaxı”ya 2:1, “Sumqayıt” isə “Araz-Naxçıvan”a 3:2 hesabı ilə qalib gəlib. X turdan sonra 21 xal tolayan “Turan Tovuz” turnir cədvəlinə başçılıq edir. Liderdən bir oyun az keçirən “Qarabağ” 20 xalla 2-ci pillədə yer alıb. 10 oyundan 18 xal toplayan “Zirə” isə 3-cü sırada qərarlaşıb.

Yevlaxın “Karvan” komandası 5 xalla 11-ci, Gəncənin “Kəpəz” futbolçuları isə 3 xalla sonuncu –12-ci yerdədir.

Qabil YUSİFOĞLU
XQ

İdman