Noyabrın 4-də Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının iclası keçirilir.
XQ xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Şimali Kipr Türk Cümhuriyyətini təmsil edən ağsaqqallar iştirak ediblər .
İclasda türkdilli dövlətlər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, qarşılıqlı hörmət və həmrəylik prinsipləri əsasında birliyin möhkəmləndirilməsi məsələləri müzakirə olunur. Həmçinin Təşkilatın qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri, eləcə də mədəni, sosial və humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılır.
Ağsaqqallar dövlətlər arasında qardaşlıq əlaqələrinin inkişafının Türk dünyasının birliyinin əsas dayağı olduğunu qeyd ediblər.

