Kinomuzun Rus Əhmədi

post-img

O, Azərbaycan tamaşaçısının yaddaşında daha çox “Dəli Kür” bədii filmindəki Rus Əhməd obrazı ilə qalıb. Bəlkə də vaxtilə atası – tanınmış teatr rejissoru, teatr aktyoru, eyni zamanda, pedaqoq olmuş Həsən Əliyevdən müəllimliyə məhəbbət əxz etdiyinə görədir ki, həmin rolda onun oyunu çox təbii alınıb. Əlbəttə, istedad da öz sözünü deyib.

Söhbət aktyor, teatr və kino rejis­soru olmuş Eldar Əliyevdən gedir. Bu günlərdə Bakı Rus Evində onun yara­dıcılığına həsr olunmuş gecə keçirilib. Tədbirin əvvəlində aktyorun rol aldığı filmlərdən musiqi əsərləri səsləndi­rilib. Sonra Eldar Əliyevin qızlarının təşəbbüsü ilə 2021-ci ildə yaradılmış “Eloba” film şirkətində istehsal edilmiş “Mənim xoşbəxtliyim” sənədli filminin nümayişi olub. Filmdə Rus Dram Te­atrının aktyorları ilə yanaşı, rejissor Oktay Mirqasimov, Rüstəm İbrahim­bəyov, digər teatr və kino xadimləri də iştirak ediblər. Ekran işində aktyorun sənət yoldaşları – Xalq artistləri Mə­bud Məhərrəmov, Cənnət Səlimova, Lyudmila Duxovnaya Eldar Əliyevlə bağlı xatirələrini bölüşür, onunla birgə çalışdıqları dövrə nəzər salaraq, hə­min illərdə yaşanmış ma­raqlı anları xatırlayırlar.

Qeyd edək ki, Səməd Vurğun adına Rus Dram Teatrında rejissor kimi çalışan aktyorun ilk işi – “İnkoqnito” tamaşası olub. Sonralar teatrın səhnə­sində “Qohumlar”, “Mə­nim ümidlərim”, “Vəhşi mələk”, “Mənim səadətim”, “Şeyx Sə­nan” əsərlərinə uğurlu quruluş verib. Eldar Əliyev Azərbaycanda Musiqili Komediya və Rusiyada Leninqrad Mu­siqili Komediya teatrlarında da müxtəlif janrlarda tamaşalar qoyub. Aktyor, eyni zamanda, “Azərbaycanfilm”də və Ru­siyada istehsal olunan filmlərdə rollar alıb. O, “Gümüşü furqon”, “Qız qalası əfsanəsi”, “Sən niyə susursan?”, “Mən ki gözəl deyildim”, “Papaq”, “Azadlıq şi­rin sözdür” və s. filmlərdə rəngarəng obrazlarla yadda qalıb. Eldar Əliyev 1984-cü il fevralın 27-də dünyasını də­yişib.

Fidan SALMANOVA
XQ

Mədəniyyət