Telekanalın məlumatına görə,"Foundation Future Industries" startapı Ukraynada, "döyüş əməliyyatları zonasında" "Phantom MK-1" adlı humanoid (insanabənzər) robotların sınaqlarını keçirib.
"CNBC" qeyd edir ki, sınaqlar ABŞ hökumətinin dəstəyi ilə və Ukrayna rəsmiləri ilə birgə təşkil olunub. Robotlardan cəbhə xəttinə yaxın təhlükəli ərazilərdə logistika və yüklərin daşınması məqsədilə istifadə edilib. Şirkətin rəhbəri Sankayet Pathak bildirib ki, sınaqlar robotların hərbçilər üçün təhlisə yarada biləcək təchizat tapşırıqlarını yerinə yetirmək qabiliyyətini nümayiş etdirib.
"CNBC" yazır ki, "Phantom MK-1"-in hazırkı versiyası təxminən 20 kq çəkidə yük daşımaq imkanına malikdir. Bununla belə, robotlar hələ ki, sudan kifayət qədər qorunmur və onların avtonom işləmə müddəti məhduddur. Şirkət bu il Ukraynaya "Phantom 2" adlı yeni modeli göndərməyi planlaşdırır. Pathakın sözlərinə görə, yeni model daha böyük yükqaldırma qabiliyyətinə və yeni funksiyalara sahib olacaq.
XQ



.jpg)


