Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Çin peyk interneti texnologiyalarının inkişafı istiqamətində növbəti mühüm addım atıb. Ölkənin “Çançjen-2D” (Long March 2D) raket daşıyıcısı yeni sınaq aparatını uğurla orbitə çıxarıb.
XQ xəbər verir ki, buraxılış Çinin cənub-qərbində yerləşən Siçuan əyalətindəki Siçan kosmodromundan həyata keçirilib. Raket bazar günü Pekin vaxtı ilə saat 02:07-də havaya qalxıb və aparat planlaşdırıldığı kimi orbitə yerləşdirilib.
Yeni peyk aparatı mobil cihazlarla birbaşa genişzolaqlı əlaqənin yaradılması, həmçinin yerüstü və peyk şəbəkələrinin inteqrasiyası kimi qabaqcıl texnologiyaların sınaqdan keçirilməsi üçün nəzərdə tutulub. Layihənin gələcəkdə daha sürətli və əlçatan peyk internet xidmətlərinin inkişafına töhfə verəcəyi bildirilir.
Qeyd edək ki, “Çançjen-2D” raketi Çin Raket Mühəndisliyi Tədqiqat İnstitutu tərəfindən hazırlanıb. İki mərhələli daşıyıcı raket aşağı Yer orbitinə 3,5 tona qədər, günəş sinxron orbitinə isə 1,3 tona qədər yük çıxarmaq imkanına malikdir.

