Ərdoğan Milli Təhlükəsizlik Şurasını toplayır: ABŞ-İran danışıqları gündəmdədir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin (NK) növbəti iclası keçiriləcək.

XQ-nin "Haber Global"a istinadən yaydığı məlumata görə, toplantıda ölkənin daxili və xarici siyasət gündəliyində duran mühüm məsələlər geniş müzakirə olunacaq.

İclasın əsas gündəm mövzusu iqtisadiyyat olacaq. Belə ki, iyunun ilk həftəsində açıqlanması gözlənilən inflyasiya göstəricilərindən əvvəl mövcud iqtisadi vəziyyətin təhlili aparılacaq, qiymət sabitliyi, maliyyə siyasəti və ümumi makroiqtisadi perspektivlər dəyərləndiriləcək.

Bununla yanaşı, “Terrorsuz Türkiyə” prosesi və terror təşkilatlarının tərk-silah edilməsi istiqamətində həyata keçirilən tədbirlər də iclasın ikinci əsas müzakirə mövzularından biri olacaq. Təhlükəsizlik sahəsində atılan addımlar və görülən işlərin nəticələri hökumət üzvlərinin diqqətinə çatdırılacaq.

Xarici siyasət gündəliyində isə ABŞ və İsrailin İrana hücumlarından sonra bölgədə yaranmış gərgin vəziyyət, münaqişənin genişlənməsinin qarşısının alınması və sülh danışıqlarının perspektivləri müzakirə ediləcək. Eyni zamanda, bu prosesdə Türkiyənin vasitəçilik və diplomatik təşəbbüsləri də xüsusi olaraq qiymətləndiriləcək.

İclas çərçivəsində regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə sabitliyin təmin olunması və humanitar risklərin azaldılması istiqamətində mümkün addımların da gündəmə gətiriləcəyi bildirilir.

Toplantının yekununda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata açıqlama verməsi gözlənilir.

Dünya