Böyük Quruluş Partiyasından Azərbaycan Respublikası Prezidentliyinə namizəd Fazil Mustafa

post-img

Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Fazil Qəzənfər oğlu Mustafa 

ÖMÜR YOLU

1965-ci il oktyabrın 19-da Naxçıvan şəhərində anadan olmuşdur. 1982-ci ildə Nax­çıvan şəhərində 10 saylı orta məktəbi bitirib. 1982–1984-cü illərdə 5 saylı Naxçıvan tikinti trestində fəhlə işləmişdir. 1984–1986-cı illərdə keçmiş Sovet Ordusunda əsgər kimi həqiqi hərbi xidmət keçmişdir.

1986-cı ildə daxil olduğu Bakı Dövlət Universitetinin Hüquq fakültəsini 1991-ci ildə bitirmişdir.

Milli Azadlıq hərəkatında fəal iştirak etmiş, “Çənlibel”, “Yurd”, “Şimali Azərbaycan Tələbə İttifaqı” kimi birliklərin rəhbərliyində olmuşdur. AXC Hüquq fakültəsindəki da­yaq dəstəsinin sədri, eyni zamanda, SSRİ Tələbə-Hüquqşünaslar Assambleyasının İdarə heyətinin üzvü olmuşdur.

1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrində çalışmışdır.

1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində işləmişdir.

1995–1998-ci illərdə Türkiyədə AXC sədrinin özəl təmsilçisi olmuşdur. 1998–2001-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini vəzifəsində çalışmışdır.

2001–2003-cü illərdə ikinci dəfə həqiqi hərbi xidmətə çağırılmış və döyüş bölgəsin­də baş leytenant rütbəsi ilə tağım komandiri vəzifəsində xidmət keçmişdir.

2003-cü ildə Böyük Quruluş Partiyasını təsis etmiş və ilk qurultayda həmin parti­yanın başqanı seçilmişdir. 2006, 2009, 2012, 2016 və 2020-ci illərdə yenidən partiya başqanı seçilib.

2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycan türklərinin di­ni-fəlsəfi dünyagörüşü: fəlsəfi aspekt” mövzusunda dissertasiya müdafiə edərək fəl­səfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.

2008-ci ildən Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin üz­vüdür.

2020–2023-cü illərdə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti olmuş­dur.

Üçüncü, dördüncü və beşinci çağırışlarda 26 saylı Birinci Sabunçu seçki dairəsin­dən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinə yenə də Birinci Sabunçu seçki dairəsindən deputat seçilmiş və hazırda Milli Məclisin Mədəniyyət Komitəsinin sədridir.

F.Mustafa, eyni zamanda, Milli Məclisin İnsan hüquqları Komitəsinin üzvüdür.

Avropa Şurasının Parlament Assambleyasında və TURK Parlament Assambleya­sında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üz­vüdür.

3 monoqrafiyanın, 27 kitabın və onlarca elmi məqalənin müəllifidir.

Rus və ingilis dillərini bilir.

Evlidir, 2 övladı var.

PREZİDENTLİYƏ NAMİZƏDİN SEÇKİ PLATFORMASI 

6. Şəhid ailələri və qazilər həmişə ölkənin ən imtiyazlı insanları olmalıdır!

Şəhid ailələrinə və qazilərə dövlət əhə­miyyətli səviyyədə dəstək mexanizmləri yaradıb və bütün sahələrdə bu dəstək gerçəkləşdirilir. Onların ailə üzvləri işlə, mənzillə təmin olunmuş, birdəfəlik müa­vinətlər almışlar. Bunlarla yanaşı aşağıda qeyd olunan bir sıra addımların da atılma­sı zəruridir:

– Şəhid anası medalı təsis edilsin.

– Bütün şəhid ailələrinə yaşayış sahə­sinin ölçüsündən asılı olmayaraq mənzil verilsin.

– Şəhid övladlarının təhsil güzəştinə yaş məhdudiyyəti götürülsün.

– Şəhid ailələri və Qarabağ əlillərinin, müharibə veteranlarının sosial məişət problemlərinin həlli üçün bir dövlət qu­rumu müəyyənləşməlidir, çünki təcrübə göstərdi ki, “Yaşat” fondu bu işin öhdəsin­dən gəlməkdə yetərsiz qalır.

– Müharibə şəraitində və ya döyüş tap­şırığını yerinə yetirərkən ağır yaralanaraq müəyyən müalicədən sonra dünyasını dəyişən vətəndaşlara şəhid statusunun şamil edilməsi zəruridir.

– Qazilərin müalicəsi və ləyaqətli işlə təmin olunması dövlətin ən vacib prioriteti sayılmalıdır.

7. Sağlam ailə necə dəstəklənə bilər?

Ailə institutu ciddi böhran içindədir. İntiharların və boşanmaların sayının il­bəil artması bu sahədə siyasətə yenidən baxılmasını tələb edir. Burada aşağıdakı addımların atılmasını zəruri hesab edirik: 

– Çoxuşaqlı ailə anlayışına yenidən baxılsın və bu say 5-dən 3-ə endirilsin.

– 5 yaşadək uşaqlar şəhərdaxili ictimai nəqliyyatdan pulsuz istifadə etsinlər.

– 3 və daha çox uşağı olanlara güzəştli ipoteka şamil olunsun.

Qadınların orta əməkhaqqı kişilərə nis­bətən 60% təşkil edir. Bu səbəbdən onla­rın pensiya kapitalı da az olur. Qadınların pensiya kapitalına əmsal tətbiq edilsin və bu əmsal uşaqların sayına görə diferensi­allaşsın.

– Dəmir çatışmazlığını kütləvi şəkildə aradan qaldırmaq üçün onun zənginləşdi­rilməsi proqramı tətbiq edilsin.

– Uşaq bezləri və uşaq yeməkləri göm­rük rüsumundan və əlavə dəyər vergisin­dən azad olunsun.

– 1–4-cü sinif şagirdlərinə dövlət mək­təblərində isti yemək verilsin.

– 2 yaşadək uşaq əmizdirən analara müavinət verilsin.

– Qız uşaqlarının təhsil haqqı dövlət büdcəsindən ödənilsin.

– Autizmi olan uşaqlar üçün reabilitasi­ya mərkəzləri yaradılsın, analarına uşaq­lar 7 yaşa çatana qədər sosial məzuniy­yət verilsin.

– Özəl idman salonlarında uşaqlar üçün 50%-lik güzəşt tətbiq edilsin.

– Selektiv abortların qarşısının alınma­sı və demoqrafik artımın stimullaşdırılma­sı üçün hər doğulan 2-ci qız uşağına görə 10 min, 3-cü və sonrakı hər qız uşağına görə 15 min manat birdəfəlik müavinət verilsin.

Uşaqpulu müavinəti valideynlərin biri əmək müqaviləsi ilə çalışan muzdlu işçi olduğu halda gəlir vergisindən azad edil­mə şəklində verilə bilər. Yəni 1-ci uşağa görə 1%, 2-ci uşağa görə 2%, 3-cü uşağa görə 3% olmaqla gəlir vergisindən (14%) azaldılma şəklində ailənin gəliri artırıla bilər. 4 və daha çox uşağı olanlar isə ta­mamilə gəlir vergisindən azad edilə bilər.

Prezidentliyə namizədin ödənişsiz təşviqat materialı









Siyasət