Qol güləşçilərimiz dünya çempionu olub

post-img

Azərbaycanın qol güləşi yığması Bakıda keçirilən dünya çempionatının qalibi olub. Komandamız yarışda 84 medal qazanıb.

150-yə yaxın idmançı ilə mundiala qatılan Azərbaycan qazandığı medallardan 25-i qızıl, 32-si gümüş, 27-si isə bürünc olub. Beləliklə qol güləşi komandamız şempionatı birinci yerdə başa vurub.

Qeyd edək ki, dünya çempionatında 30 ölkədən 400-dən çox idmançı mübarizə aparıb.

XQ

 



İdman