Qış turizminin qaynar çağı

post-img

“Bu gün bölgələrdə fəaliyyət göstərən qış turizmi komplekslərinin sayı az olduğuna görə, rəqabətlilik istənilən səviyyədə deyil. Amma buna baxmayaraq, Qusarda Şahdağ, Qəbələdə Tufandağ, Naxçıvanda kurort turizm kompleksi həm yerli, həm də əcnəbi turistlərin istifadəsindədir”. – Bu barədə jurnalistlərə açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib. 

Ekspert bildirib ki, yaxın gələcəkdə Qarabağ bölgəsində, xüsusən də Zəngi­lan, Kəlbəcər və Laçında relyefə uyğun olaraq qış turizmi komplekslərinin daha geniş və müasir tipli inşası zəruridir: “Həm Qarabağın tanıdılmasına, həm də bölgədə turizmin inkişafına və dədə-baba torpaqlarına qayıdan sakinlərin məşğul­luğuna müsbət təsir göstərəcək. Bu gün bölgələrdə dağ-xizək kurort komplekslə­rindən başqa, fəaliyyətdə olan otellər də var. Həmin otellərin həftəsonu doluluq səviyyəsi, demək olar ki, 100 faizə çatır. Bölgələrdə intensiv qar yağması qış tu­rizminə marağı daha da artırır. Hesab edirəm ki, bölgələrdə, xüsusən də dağ­lıq zonalarda fəaliyyət göstərən otellərin işində ciddi bir problem yoxdur. Əgər həmin otellər bu tendensiyanı davam et­dirsələr, daxili bazarda böyük bir portfel əldə edə bilərlər. Eyni zamanda daha çox xarici turisti cəlb etmək üçün münbit şə­rait yaranar”.

Rəhman Quliyev qeyd edib ki, dün­yada baş verən çaxnaşmaların turizm sektoruna da təsir etdiyi dövrdə Azər­baycanda sabitlik hökm sürür: “Bu da ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Yaranmış fürsətdən səmərəli istifadə bölgələrdə olan otellərə daha çox fayda verə bilər. Həm düzgün qiymət siyasəti aparmalı, həm də maksi­mal səviyyədə yüksək xidmət göstərməli­dirlər ki, gələcəkdə də müştəri bazarlarını qoruyub saxlasınlar. Azərbaycan dünya turizm bazarında yerini daha da möhkəm­ləndirməlidir. Bu gün Avropadan Rusiyaya turist axınında müəyyən məhdudiyyətlərin olması, eyni zamanda Yaxın Şərqdə ge­dən müharibələr də turizm məkanı kimi bizim ölkəmizi daha da önə çəkir. Biz bey­nəlxalq standartlara tam uyğun şəkildə sağlam turizm rəqabəti sərgiləməklə daha da irəli gedə bilərik ki, bu da Azərbaycanın iqtisadiyyatına çox müsbət təsir göstərər”.

XQ



Sosial həyat