Dövlət Komitəsinin sədri Aİİ-də təhsil alan tələbənin evini ziyarət edib

post-img

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində oktyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Aİİ-nin rəhbər heyəti “Dinşünaslıq” ixtisasının I kurs tələbəsi Aytac Əlizadənin ailəsini ziyarət ediblər.

XQ xəbər verir ki, komitə sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan bəhs edib. Ali təhsil müəssisələrində tələbələrin savadlı kadr kimi yetişmələri üçün hər cür şərait yaradıldığını bildirib. Qeyd edib ki, Azərbaycan dövlətinin əsas məqsədi gənclərin vətənpərvər, milli-mənəvi dəyərlər ruhunda yetişməsinə nail olmaqdır.

Komitə sədri qeyd edib ki, “Qonağınız müəllimlərinizdir” layihəsi tələbələrə mənəvi dəstəyi ifadə etməyə, onlarla daha səmimi ünsiyyət qurmağa imkan yaradan sosial-psixoloji təhsil təşəbbüsüdür. O, əmin olduğunu bildirib ki, artıq ənənə halını almış bu layihə Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinin öz üzərində daha səylə işləmələrinə, şəxsi inkişaflarına xüsusi diqqət yetirmələrinə stimul verəcək.

Tələbənin valideynləri Azərbaycan İlahiyyat İnstutunda gənclərin təhsil alması üçün unikal imkanlar təqdim olunduğunu və hərtərəfli şərait yaradıldığını qeyd edərək, Azərbaycan dövlətinə minnətdar olduqlarını ifadə ediblər. İnstitutda tələbələr üçün yüksək təqaüdlər və qidalanma üçün əlavə ödənişlər sisteminin mövcud olmasını dövlətin xüsusi qayğısının nümunəsi kimi yüksək qimətləndirdiklərini vurğulayıblar.









Sosial həyat