Yola saldığımız 2023-cü il təbabət elmi və səhiyyə sahəsində də innovativ yenilik və kəşflərlə yadda qalıb. Ən maraqlı 3 kəşfi təqdim edirik:
1. Prostat xərçənginin innovasion müalicəsi – TULSA Pro
TULSA Pro üsulu ultrasəslə toxumaların isidilib dağıdılmasıdır. Bu zaman heç bir kəsik, şüa tələb olunmur. Artıq sübut olunub ki, 90 faiz xəstələrdə bu üsulun tətbiqindən sonra PSA onkomarkeri (prostat xərçənginin göstəricisi) 75 faizə düşüb. Həmin üsul ABŞ-da tətbiq olunur.
2. Hiperxolesterinemiyanın gen müalicəsi
Bu nadir xəstəliyə 300 nəfərdən birində rast gəlinir. Pis xolesterin genetik olaraq artır, bu zaman damarlar daha gənc yaşda tıxanır.
Pasiyentlərin vəziyyətini normallaşdırmaq üçün VERVE 101 genom preparatı təqdim olunur. Dərman vena daxilinə yeridilir və 28 gün müddətində xolesterinin səviyyəsi 80 faiz enir.
3. QİÇS əleyhinə vaksinlərin sınağı
T hüceyrəli VİR vaksininin I klinik sınaqları 2024-də bitəcək. Eksperimentdə 95 insan iştirak edəcək. Əgər vaksin təsdiqlənərsə, QİÇS-dən xilas mümkün ola bilər.
Zərifə BƏŞİRQIZI
XQ