Şəhid və qazi övladları üçün bayram şənliyi

post-img

Dekabrın 27-də Göyçay rayon Mədəniyyət Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid və qazi övladları və sağlamlıq imkanları məhdud uşaqlar üçün şənlik təşkil olunub.

Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova tədbir iştirakçılarını bayramlar münasibətilə təbrik edib və Dünya Azər­baycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətini, həmvətənlərimizin birliyini, ölkəmizin son illərdə əldə etdiyi uğurları diqqətə çatdırıb. Azər­baycanın Vətən müharibəsində qazandığı şanlı Zəfərdən danışılıb, azad olunan torpaqlarımızda genişmiqyaslı quruculuq işlərinin aparıl­dığı qeyd edilib.

Bildirilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uşaqların xoşbəxt və firavan yaşa­ması, əsl vətəndaş kimi yetişmələri üçün lazım olan hər bir şərait təmin edilir.

Tədbir çərçivəsində uşaqlar üçün bədii-əyləncəli proqram təşkil olu­nub, uşaqların hazırladıqları kompozisiyalar, rəqs nümunələri nümayiş etdirilib. Uşaqlara hədiyyələr və bayram sovqatları təqdim olunub.

XQ

Sosial həyat