Duman Türkiyədə ağır qəzaya səbəb oldu

post-img

Türkiyənin şimal-qərbində 3 avtobus, 1 yük maşını və 3 minik avtomobili toqquşub. Qəzaya duman səbəb olub. Bu barədə “TRT Haber” məlumat verib. Bildirilib ki, toqquşma nəticəsində azı 11 nəfər ölüb.

Qəza səhər tezdən Sakarya vi­layətinin Dağdibi qəsəbəsi yaxınlığın­da, İstanbula gedən magistral yolda baş verib. Hadisə şahidlərinin söz­lərinə görə, qəza zəncirvari xarakter daşıyıb: əvvəlcə qatı dumanda yoldan keçən iki avtomobil toqquşub, sonra isə daha bir neçə avtomobil sürətlə onlara çırpılıb.

Sakarya valisi Yaşar Karadeniz 11 nəfərin öldüyünü təsdiqləyib, daha 57 nəfərin xəstəxanaya aparıldığını bil­dirib. Amma onların vəziyyəti barədə məlumat verməyib. Xilasedicilər yolun qəza baş verən hissəsini müvəqqəti bağlayıb.

P.ƏFƏNDİ
XQ

Dünya