Hava yağmursuz və dumanlı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoro­logiya Xidmətinin verdiyi məlumata əsasən dekabrın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlə­nilir. 

Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, Abşe­ron yarımadasının şimalında yağışın qısa müddətə sulu qarla qarışıq yağması ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cə­nub-qərb küləyi ilə əvəz olunacaq. Gecə 2-6°, gündüz 8-11° isti olacaq.Atmosfer təzyiqi 771 mm civə sütunundan 774 mm civə sütununa yük­sələcək, nisbi rütubət 60-70 faiz olacaq. Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlər­də arabir güclənəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 8-13° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacaq. 

Q.QASIMOV
XQ

Ekologiya