İçərişəhərdə Yeni il yarmarkası

post-img

(Fotoreportaj

Hər Yeni il bayramı qəlbimizə sevgi və məhəbbət bəxş edir. Bu bayramı sehrli edən çox şeylər var. Amma ilk növbədə bizi dostların, doğmaların diqqət, qayğı və sevgisi sevindirir. 

Hər il olduğu kimi, bu il də doğma Bakı Yeni ili xoş əhval-ruhiyyə ilə qarşıla­mağa hazırlaşır. Şəhərin gəzməli-görmə­li tarixi məkanlarından olan İçərişəhərdə bu günlərdə təşkil olunan Yeni il yarmar­kalarına baş çəkəndə, burada xüsusi bir bayram əhvali-ruhiyyəsinin yaşandığını hiss etdik. 

Yarmarkada, əsasən, ev dekorları, təbii toxuma oyuncaqlar, kitablar və tax­tadan əl işləri nümayiş olunur. Burada eyni zamanda təbii daşlarla işlənib hazır­lanmış yaylıqları, qızıl suyuna salınmış gümüş əşyaları, bürclərə aid daşlardan hazırlanmış əl işlərini və s. görmək müm­kündür. 

Yarmarkada İsmayıllı rayonunun La­hıc qəsəbəsindən gətirilmiş, şəfa mən­bəyi olan təbii, müalicəvi otlar, növbənöv ədviyyatlar, çaylar da ziyarətçilərin diqqə­tini özünə cəlb edir. 

Bizə dedilər ki, burada tez-tez inte­raktiv oyunlar təşkil olunur, milli musiqilər səsləndirilir. Uşaq rəqs kollektivlərinin bir-birindən maraqlı çıxışları hamını va­leh edir. 

Fidan SALMAN,
Elşən AĞALAR,
XQ

Sosial həyat