Qərbi Azərbaycanın görkəmli insanları haqda kitab və vebsayt təqdim olundu

post-img

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İpək yolu – qloballaşmaya dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Görkəmli Qərbi azərbaycanlılar: elm, təhsil və mədəniyyət məbədi - İrəvan” adlı layihə çərçivəsində “Görkəmli Qərbi azərbaycanlılar” adlı tədbir keçirildi.

Tədbir Azərbaycan Universitetinin ev sahibliyi, Azərbaycan Universitetin Siyasi elmlər kafedrası və “İpək yolu – qloballaşmaya dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutdu. 

Mərasimdə “Görkəmli Qərbi azərbaycanlılar: elm, təhsil və mədəniyyət məbədi - İrəvan” adlı layihə çərçivəsində hazırlanmış eyni adlı videoçarx nümayiş etdirildi, vebsayt və kitab təqdim oldu.

Universitetin professor-müəllim heyətinin, ictimaiyyət nümayəndələrinin, tələbə və magistrlərin iştirak etdiyi tədbir şəhidlərin müqəddəs xatirəsinin yad edilməsi ilə başladı. “İpək yolu – qloballaşmaya dəstək” sədri, dosent Ədalət Əsədov layihənin mahiyyəti haqqında ətraflı məlumat verdi və onun reallaşmasında dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Azərbaycan Universitetinin rəhbərliyinə minnətdarlığını bildirdi. O qeyd etdi ki, layihənin başlıca məqsədi Qərbi Azərbaycanın tarixi həqiqətlərini ictimaiyyətə çatdırmaq və görkəmli şəxsiyyətlərini dünyaya tanıtmaqdır. 

Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasının müdiri, dosent Elvin Talışinski və digərləri çıxış edərək, layihənin əhəmiyyətindən, Qərbi azərbaycanlıların zaman-zaman doğma torpaqlarından didərgin salınmasından bəhs etdilər.

Layihə çərçivəsində hazırlanmış Qərbi Azərbaycanın tarixi həqiqətlərindən bəhs edən videoçarx nümayiş etdirildi. 

Kitabın müəllifi, Gənclər İnkişaf Naminə İctimai Birliyinin sədri Rəvan Cəfərli topluda haqqında söhbət gedən görkəmli insanlar barədə fikirlərini böğlüşdü. Layihənin eksperti www.westaz.az vebsaytının təqdimatını həyata keçirdi.  

Sonda kitab iştirakçılara paylandı.

 

Rizvan FİKRƏTOĞLU

XQ





Sosial həyat