580 işsizə fəaliyyət imkanı yaradılıb

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək layihəsi” üzrə ölkəmizin bölgələrində yaşayan daha 580 işsizi bizneslərini qurmaq üçün avadanlıqlarla təmin edib.

Seçdikləri istehsal və xidmət sahələri üzrə verilmiş avadanlıqlarla onlar öz kiçik təsərrüfatlarını yaradıblar.

Layihə işsiz kimi qeydiyyata alınmış həssas qruplara aid şəxslərin (əlillər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və b.) özünüməşğulluq fəaliyyətinin təşkilinə dəstək məqsədi daşıyır. Layihə çərçivəsində, ümumilikdə, 22 min şəxsin kiçik biznesə çıxışına şərait yaradılması hədəflənib.  

Qeyd edək ki, layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Biznes planlarını uğurla müdafiə edənlərə müxtəlif fəaliyyət istiqamətləri üzrə avadanlıqlar verilir.

Z.HÜSEYNOVA 
XQ

Sosial həyat