Mediatorlar İsmayıllı “DOST Evi” filialında

post-img

Mediasiya Şurasının üzvləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST Evi” filialının fəaliyyəti ilə tanış olublar. 

Bildirilib ki, “DOST Evi” sosial cəhətdən həssas əhali qruplarından olan şəxslərin yaradıcılıq potensialının inkişafına, onların rifahının yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, bölgədə milli sənətkarlığın inkişafında da mühüm rol oynayır. “Ev”in bölgədə müvafiq peşə hazırlığı kursları üçün təlim bazası rolu oynamaqla bərabər, özünüməşğulluq layihələrinin icrasına da dəstək olması qeyd edilib. Qonaqlar 10 yaradıcılıq istiqaməti üzrə 6 emalatxanada həssas kateqoriyalardan olan şəxslərə yaradılmış şəraitlə tanış olublar.

Mediatorlar Sərgi və satış mərkəzində də olublar. Onlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının və təlimçilərinin əl işlərindən ibarət sərgiyə maraqla baxıblar.

Z.HÜSEYNOVA 
XQ

 

Sosial həyat