126 min şəhid ailəsi üzvünə və qaziyə 322 min xidmət

post-img

Prezident İlham Əliyevin tapşırıq­ları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı geniş­miqyaslı sosial dəstək paketinin ic­rası davam etdirilir.

Paket çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və mü­haribə veteranları olan 104 min şəxsə 117 min aylıq sosial ödəniş, 21,9 min şəxsə birdəfəlik ödəniş təyin olunub. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn sosial ödənişlər hər il artırılıb. Müharibə veteranlarına aylıq təqaüd təyin edilib. Şəhid ailələri və müharibə əlillərinin mənzillə təmina­tı proqramı 5 dəfə genişlənib. Onlara 5 min 600 mənzil və fərdi ev verilib. Mü­haribə əlillərinə 374 avtomobil təqdim edilib. 

Bundan başqa, şəhid ailələri üzv­ləri və müharibə iştirakçıları olan 11 min nəfərə 54 min 500 sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstə­rilib. Müharibə əlili olan 2 min 58 şəxs 48 min reabilitasiya vasitəsi, o cümlə­dən 453 nəfər 472 ədəd yüksək texno­logiyalı müasir protezlə təmin olunub. Şəhid ailəsi üzvləri və müharibə iştirak­çıları olan 20,5 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,3 min şəxs özünüməşğulluq proqramına cəlb olu­nub. 

Son 3 ildə qeyd olunan sosial dəstək paketi 126 min şəxsi əhatə edərək, on­lara dəstək yönümlü 322 min xidmət göstərilib.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat