22 min işsizə biznes dəstəyi göstəriləcək

post-img

Dünya Bankının maliyyə dəstə­yi ilə həyata keçirilən “Məşğulluğa dəstək layihəsi” çərçivəsində iş­tirakçıların seçdikləri istehsal və xidmət sahələri üzrə avadanlıqlarla təminat işləri davam etdirilir. Layihə çərçivəsində ölkəmizin müxtəlif böl­gələrində daha 390 işsiz şəxsə biz­nes planlarına uyğun aktivlər təqdim olunub.

Layihənin məqsədi işsiz şəhid ailə­si üzvləri, əlilliyi olan şəxslər, keçmiş məcburi köçkünlər, ünvanlı dövlət sosi­al yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin özünüməşğulluq üzrə kiçik biznesə və layiqli məşğulluğa çıxışına şərait yara­dılıb.

Ümumilikdə, 2025-ci ilə qədər da­vam edəcək layihə çərçivəsində 22 min işsiz şəxsin kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub. Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Qiymət­ləndirmə prosesində biznes planlarını uğurla müdafiə edən şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə avadanlıqlar verilir.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat