270 yeni iş yeri açılıb

post-img

Dövlət Məşğulluq Agentliyi isə Ağalıda daha bir qrup kənd saki­nini istehsal, xidmət sahəsi üzrə özünüməşğulluq proqramına cəlb edilərək lazımi avadanlıqlarla təmin edib. Bu dəfə sakinlərin müraciətləri əsasında onlara un məmulatlarının istehsalı, kişi bərbərxanası və inku­bator zərfləri üzrə aktivlər təqdim edilib.

Bununla da kənddə artıq 14 sakin üçün özünüməşğulluq proqramı çər­çivəsində təsərrüfat yaradılıb. Aktiv paylanması prosesi və yaradılan kiçik təsərrüfatlarla əyani tanışlıq üçün Ağalı kəndinə mediatur təşkil edilib.

Qeyd edək ki, indiyədək 270-dək Ağalı sakininin məşğulluğu təmin edilib. 192 nəfər müvafiq vakansiyalar üzrə, 26 nəfər ictimai işlərlə təmin olunub. 14 nəfərə özünüməşğulluq proqramı çər­çivəsində aktivlər verilib, 33 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat