Ağalıda məşğulluq təlimi

post-img

Əmək və Əhalinin Sosial Müda­fiəsi Nazirliyi Zəngilanda fəaliyyət göstərən 15-ə yaxın işəgötürənlə Ağalı kəndində görüş keçirib. Top­lantıda “Məşğulluq xidmətləri” və “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin, ha­belə yeraltı işlər” mövzularında mü­zakirələr aparılıb.

Mərasimdə işəgötürənlərə Əmək Məcəlləsinə edilmiş ən son dəyişiklər, beynəlxalq normalar, qanunvericilikdə qadın əməyi ilə bağlı məhdudiyyətlər barədə məlumat verilib. Qadınların əmək bazarında iştirakının genişlən­dirilməsinin vacibliyi vurğulanaraq bu­nunla bağlı müsbət təcrübələr qeyd edilib. 

Məclisdə, həmçinin həyata keçirilən layihələr, proqramlar barədə, xüsusilə işəgötürənlərə dəstək mexanizmini əhatə edən əməkhaqqının birgə maliy­yələşdirilməsi və peşə kursları ilə bağlı təqdimatlar edilib. Sahibkarlara rəqəm­sallaşma istiqamətində həyata keçirilən layihələr, “Əmək və məşğulluq” altsis­teminin işəgötürənlər üçün üstünlükləri barədə məlumat verilib, onları maraq­landıran suallar cavablandırılıb.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat