Zaqatalada dekabr alçası

post-img

Zaqatala rayonunun Qımır kəndində alça ağacları bu il ikinci dəfə bar verib. Bu barədə yerli mətbuata kənd sakinləri məlumat veriblər.

Sakinlərin sözlərinə görə, havaların isti keçməsilə əlaqədar bir ay əvvəl alça ağacı ikinci dəfə çiçək açıb və indi məhsul verib. Alça­nın dad keyfiyyətlərində də ciddi fərq yoxdur. 

Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda Zaqatalada qoz ağaclarıının da ikinci dəfə bar verməsilə bağlı xəbər yayılmışdı. Kənd ağsaqqalları bunun az-az hallarda baş verdiyini bildiriblər.

XQ

Sosial həyat