Günəş işığı su yığır

post-img

Çinli alimlər bunun yolunu tapıblar 

Alimlər hiqroskopik gel və duzlardan istifadə edərək quraq icmaları su ilə təmin etməyi hədəfləyən texnologiya yaradıblar.

Hazırda 2,2 mil­yarddan çox insan su çatışmazlığı olan ölkələrdə yaşayır və BMT-nin hesablama­larına görə, hər il 3,5 milyon insan kəskin su çatışmazlığı ilə bağlı xəstəliklərdən həlak olur. İçməli suya ən çox ehtiyacı olan əra­zilər də dünyanın ən günəşli yerlərində yer­ləşdiyinə görə təmiz su əldə etmək üçün günəş işığından istifadə etməyə böyük maraq var idi.

Məhz buna görə də, Çinin Şanxay Jiao Tonq Universitetinin tə­dqiqatçıları günəş enerjisi ilə işləyən suyun yığılması texnologiya­sını hazırlayıblar. Çinli alimlər böyük miqdarda suyu udmaq və sax­lamaq qabiliyyətinə malik olan “super hiqroskopik gel” ixtira ediblər. 

Qeyd edək ki, bir kiloqram quru gel quraq atmosfer mühitində 1,18 litr, rütubətli mühitidə isə 6,4 litrə qədər su yaratmaq qabiliy­yətinə malikdir. 

 

Ayan SƏMƏDQIZI,
tələbə-jurnalist

Dünya