“Göyərçin qatili” sürücü

post-img

Yaponiyanın paytaxtı Tokioda göyər­çini qəsdən vuraraq öldürən şəxs həbs edilib. Bu barədə yerli NHK telekanalı məlumat yayıb. 

Xəbərdə deyilir ki, Ozava Atsusi adlı taksi sürücüsü işıqforun yaşıl işığında avtomobilini göyərçinlərin olduğu yerə sürüb. Saatda, təx­minən, 60 kilometr hərəkət edən avtomobil göyərçinlərdən birini vuraraq öldürüb, sürücü isə hadisə yerini tərk edib. 

Bu hadisə ilə bağlı aparılan istintaq müəy­yən edib ki, peşəkar sürücü avtomobilin sürət həddini qəsdən artıraraq maşını qərəzlə göyərçinlərə tərəf sürüb. 

Sürücü göyərçini qəsdən öldürmək və vəhşi təbiət qanununu pozmaq ittihamı ilə həbs edilib. 

XQ

Dünya