Gün yağmurlu keçəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən dekabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 

Yarımadanın bəzi yerlərində inten­sivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi əsəcək, gündüz mülayim şi­mal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 6-10°, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunun­dan 766 mm civə sütununa yüksələ­cək, nisbi rütubət 80-90 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yer­lərdə arabir yağıntılı olacağı gözləni­lir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarında yağın­tıda fasilə olacaq. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mulayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° , gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.

Q.QASIMOV
XQ

Reklam və elan