Regionlarda ali təhsilin uğurları və hədəfləri

post-img

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə hərs olunmuş “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib. 

Azərbaycan, Türkiyə, Rusiya, Moldo­va və Şimali Kiprin 9 universitetinin təm­silçilərinin iştirak etdiyi məclisin açılışında filialın direktoru dosent Yusif Alıyev qeyd edib ki, konfransın məqsədi regionlar­da ali təhsilin və alimlərin tədqiqatçılıq bacarıqlarının inkişafını təmin etmək, beynəlxalq əlaqələrin qurulmasını sürət­ləndirmək, araşdırmalarda innovasiyanı gücləndirməkdir. 

Plenar iclasda konfransın iştirakçı ölkələr üçün önəmi vurğulanıb, dəyərli mülahizələr səslənib. 

Beynəlxalq elmi məclis bölmələr üzrə davam edib, müxtəlif məruzələr dinlənilib. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Səadət ŞÜKÜRQIZI,
filialın əməkdaşı

Sosial həyat