Nərimanov rayonunda sanitariya-gigiyena qaydalarını pozan şəxslər cərimələnib

post-img

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının, habelə yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qeyd edilən normalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər keçirilib. 

Nəticədə qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələbələrinin pozulması faktları aşkar olunub. 

Tədbirlərlə 6 şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbini pozduğuna görə barələrində inzibati məsuliyyət tədbirləri görülüb.

Bu istiqamətdə Nərimanov rayonu ərazisində tədbirlər davam etdirilir.

P.ƏMİRCANOV
XQ





Sosial həyat