Borrell Yaxın Şərqdəki faciəni mənəvi uğursuzluq adlandırıb

post-img

Yaxın Şərqdə baş verənlər kollektiv siyasi və mənəvi uğursuzluğun nəticəsidir. Bunu Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Brüsseldə konfransın açılışında Aİ səfirlərinə müraciətində bildirib. 

"Yaxın Şərqdə baş verən faciə israillilər və fələstinlilərin əvəzini ödədikləri kollektiv siyasi və mənəvi uğursuzluğun nəticəsidir. Bu məsrəf artmaqda davam edəcək... Bu uğursuzluq Fələstin-İsrail problemini həll etmək iradəsinin olmamasının nəticəsi idi".

Aİ diplomatiyasının rəhbəri onu da bildirib ki, Fələstin-İsrail münaqişəsi artıq Aİ-nin Ukraynaya dəstəyinə təsir edir.

Borrell daha əvvəl bildirmişdi ki, Avropa İttifaqı Fələstinə maliyyə yardımı göndərməyi dayandırmayacaq. O, həmçinin Fələstin-İsrail münaqişəsindən zərər çəkmiş bütün insanlara humanitar yardımın artırılmasının zəruriliyindən danışıb və qeyd edib ki, Avropa İttifaqı Şurası əhalinin Misirə təxliyəsi üçün humanitar dəhlizlərin açılmasına çağırıb.

XQ

Dünya