Xanəndənin taleyi

post-img

Beynəlxalq Muğam Mərkəzinin nəşrləri seriyasından növbəti kitab işıq üzü görüb. “Xanəndə Məşədi Qafar Qaryağ­dı” adlanan kitabı filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Gülhüseyn Ka­zımlı və texnika üzrə fəlsəfə doktoru, mühəndis Turan İbrahimov ərsəyə gəti­riblər. 

Ötən əsrin əvvəllərinin tanınmış xanəndəsi Məşədi Qafarın yaradıcılığına işıq salan kitabda onun sənət yolu, mu­siqi irsi, səs yazılarının siyahısı və arxi­vi haqqında geniş məlumat verilir. Yeni nəşrdə xanəndənin bioqrafiyasından, nəsil şəcərəsindən söz açılır, Məşədi Qafarın Şuşadan çıxmış istedadlı Qar­yağdılar nəslinin nümayəndəsi və məş­hur xanəndə Cabbar Qaryağdı oğlunun kiçik qardaşı olduğu bildirilir.

Kitabın məsləhətçisi Beynəlxalq Mu­ğam Mərkəzinin direktoru Sahib Paşa­zadə, ön sözün müəllifi Azərbaycan Milli Konservatoriyasının prorektoru, Əmək­dar incəsənət xadimi, professor Lalə Hü­seynova, redaktoru professor Abbasqulu Nəcəfzadədir.

Ə.DOSTƏLİ
XQ

Sosial həyat