Qidaların “dostluğu”

post-img

Fərqli qidalar birlikdə qəbul edildikdə orqa­nizmə daha çox fayda verir. Bu, qida maddələ­rinin sinergik təsiri adlanır. Hər gün istehlak etdiyimiz qidalarda olan minerallar, vitaminlər, fitokimyəvilər, lif və yağlar kimi müəyyən kom­ponentlər bir-biri ilə qarşılıqlı əlaqədə sağlam­lıq üçün inanılmaz faydalar verir.

Ət, bəkməz, yumurta, soya, ispanaq, cəfəri kimi tərkibində dəmir olan qidalar, C vitamini ilə bol limon, qreypfrut, portağal və qırmızı bibərlə birlikdə yeyildikdə dəmir mineralı daha çox so­rulur. Quru lobya ideal dəmir qaynağı olsa da, bitki mənşəli dəmir heyvan mənşəli qədər bədən tərəfindən udulmur. Lakin C vitamini ilə zəngin olan qırmızı bibərlə birlikdə yeyildikdə paxladakı dəmirin sorulması sürətlənir. Səhər yeməyi üçün proteinlə çox zəngin olan yumurta sarısı hədsiz faydalı dəmir qaynağıdır. Yumurtadakı dəmir C vitamini ilə bol 1 stəkan portağal suyu ilə daha yaxşı mənimsənilir. 

Qida sinerjisinin digər yaxşı nümunələrinə qırmızı ət və salatın birləşməsi daxildir. Limon, göyərti və qırmızı bibər kimi C vitamini olan qi­dalar dəmir tərkiblilərlə birlikdə qəbul edildikdə, dəmir daha çox udulur. 

Z.HÜSEYNLİ
XQ

Sosial həyat