Ayı demə, o dəxi bizim birimiz...

post-img

ABŞ-nin Konnektikut ştatında iri qara ayı evin pəncərəsini sındıraraq mətbəxə daxil olub. Soyuducudan yemək oğurlayan ayı müşahidə kameralarına düşüb. Videogörüntülərdə ayının soyuducunun qapısını açıb oradan dondurulmuş toyuğu çıxardığı əks olunur.

Ev sahibi hadisədən mo­bil telefonuna oğurluq barədə mesaj daxil olarkən xəbər tu­tub.

O bildirib ki, evə heç bir zi­yan dəyməyib, sadəcə, ayı it yemi ilə dolu bir kisəni dağıdıb.

F. SALMANOVA
XQ

Maraqlı