Hava yağıntılı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, oktyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Gün ərzində yarımadanın bəzi yerlə­rində qısamüddətli yağış yağacağı ehti­malı var. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi əsə­cək, səhər şimal-şərq küləyi ilə əvəz olu­nacaq. Gecə 11-14°, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sü­tunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı göz­lənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağ­lıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Ha­vanın temperaturu gecə 9-14°, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.

Q. QASIMOV
XQ

Ekologiya