Narın qabığı da...

post-img

Nar qabıqlarının tərkibində antioksidantlar, orqanik turşular, büzücü maddələr və s. bol­dur. Buna görə ondan xalq təbabətində müali­cəvi vasitə kimi istifadə olunur. 

Nar qabıqları ürək əzələsini qoruyur, damar­ları möhkəmlədir və təmizləyir. Ürək xəstəlikləri zamanı 1 orta ölçüdə nar qabığının üzərinə 1 stəkan qaynar su əlavə edilib 30 dəqiqə ərzində dəmlənir. Süzdükdən sonra zövqə uyğun bal və zəncəfil əlavə edilib içilir.

Dəmləmə güclü büzücü təsirə malik olduğun­dan damaq problemləri zamanı da köməyə çatır. Damağı möhkəmlədir, qanamasını azaldır. Dəm­ləmə ilə ağız gün ərzində bir neçə dəfə qarqara edilir. Diş iltihabında, və ya çəkilməsindən sonra dəmləməyə 1 çay qaşığı duz töküb qarqara et­mək lazımdır. Diş çəkiləndən sonra hərdən baş verən qanaxmada nar qabığının dəmləməsi pro­sesi dayandırır. Ağız boşluğunda istənilən iltihab, yara və s. zamanı da dəmləmə çox yaxşı kömək edir.

Nar qabıqlarının dəmləməsi qurdqovucu tə­sirə malikdir. Öskürək zamanı da yaxşı kömək edir. Qastrit və mədə xorasında iltihabı azaldır, xora və eroziyaların sağalmasını tezləşdirir, ishalı dayandırır. Onu uşaqlara da vermək olar.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat