Füzulidə “Füzuli Şəhəri Günü” təntənələri

post-img

17 Oktyabr Füzuli Şəhəri Günüdür. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə həmin gün Füzulidə təntənəli bayram tədbiri keçirilib. 

Tədbirdə dövlət və hökumət rəsmilə­ri, millət vəkilləri, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Füzuli şəhərinə səfər edən Azərbay­canda akkreditə olunan diplomatik kor­pusun nümayəndələri tədbir çərçivəsində açılan sərgilərlə tanış olublar.

Azərbaycan Respublikası Preziden­tinin köməkçisi - Prezident Administrasi­yasının Xarici siyasət məsələləri şöbəsi­nin müdiri Hikmət Hacıyev, mədəniyyət naziri Adil Kərimli, diplomatik korpusun nümayəndələri, Qarabağ iqtisadi rayo­nuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov və qonaqlar əvvəlcə dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş “Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!” adlı sərgiyə baxıb­lar.

Tədbir məkanında “100 tar” adlı kom­pozisiya təqdim olunub. Ustad tarzənlər, uşaq, yeniyetmə və gənclərdən ibarət 100 nəfər tarzənin ifası maraqla qarşıla­nıb.

Füzuli Şəhəri Gününün geniş qa­la-konserti təqdim edilib. 

XQ





Sosial həyat