Milli dəyərlərimiz Uzaq Şərqdə

post-img

“Azərbaycanlılar Birliyi” Xabarovsk vilayətinin ictimai təşkilatı “Rusiya: etnik komfort. Uzaq Şərq xalqlarının tarixi, mədəniyyəti, ənənələri” II Regionlararası gənclər forumunda iştirak edib.

Forumda “Azərbaycanlılar Birliyi”ni Səbinə İsgəndərovanın rəhbərliyi ilə gənclər təmsil edib. Gənclər komandası Uzaq Şərqdə yaşayan xalqların birləş­məsinə və mədəniyyətlərinin müxtəlifliyi ilə tanışlığına yönəlmiş “Mədəniyyətlərin kaleydoskopu” Beynəlxalq festival la­yihəsini təqdim edib. Komandaya II dərə­cəli diplom və müsabiqənin tərəfdaşların­dan xatirə mükafatları təqdim edilib.

XQ

Sosial həyat