Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Dünən 28 ailə olmaqla, 117 nəfər Füzuli sakini doğma yurduna qovuşub.
Bununla da Füzuli şəhərində 258 ailə olmaqla, 928 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.
XQ