Qarabağ tükənməz enerji qaynağıdır

post-img

Köhnə SES-lər müasirləşdirilir, yeniləri yaradılır

Azərbaycanın yerli su ehtiyatlarının 25 faizi (2 milyard 560 milyon kubmetr) Qarabağ və Şərqi Zəngəzurda formalaşır. Regionun Tərtər, Bərgüşad, Hǝkǝri kimi əsas çaylarının enerji potensialı böyükdür. Bu çayların üzərində əvvəllər su elektrik stansiyaları tikilib. Onlardan biri 1976-cı ildə Tərtərçayın üzərində Sərsəng Su Anbarı ilə birgə inşa edilib. Stansiya hər birinin gücü 25 MVt olan 2 turbindən ibarətdir, illik elektroenerji istehsalı isa 90 milyon KBT saatdır.

Sərsəng SES-in il ərzində istehsal etdiyi elektrik enerjisi 81,9 milyon kVt saat olub. Sonralar işğal altına düşən stansiya 30 ildən sonra düşmən işğalından azad edilib. Bu müd­dət ərzində kompleksə vaxtında lazımi texni­ki xidmət göstərilmədiyindan istifadə olunan avadanlıqlar köhnəlib. Deməli, ilk növbədə, onun texniki vəziyyətinin qiymətləndirilmə­sinə, daha sonra isə bərpa işlərinin aparılma­sına ehtiyac duyulur.

Azərbaycan Dövlət Su Ehtiyatları Agent­liyinin baş məsləhətçisi Sarvan Ağayev Sər­səng Su Anbarında hazırda qiymətləndirmə işlərinin həyata keçirildiyini bildirdi: 

- “Mühüm strateji əhəmiyyətə malik olan bu su anbarı və Sǝrsəng SES Ulu öndər Hey­dər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə ümummilli lider həmin infrastrukturların açı­lışında şəxsən iştirak edib. Mərasimdə çıxış edan Azərbaycan rəhbəri Sərsəng SES və su anbarının əhatə etdiyi rayonların həyatında önəmli rol oynayacağını bildirib. Ulu öndər sonralar bu şərəfli tarixi xatırlayarkən deyib: “Mən xoşbəxtəm ki, bu işlərin həyata keçiril­məsinin böyük bir hissəsində bilavasitə işti­rak etmişəm və o dövrdə - 1970-80-ci illərdə Azərbaycanın rəhbəri olduğum zaman ölkə­mizdə müstəqil elektrik enerjisi potensialının yaradılmasına nail olmuşam”.

Artıq Sərsəng SES-i və su anbarını ordu­muz işğaldan azad edib. 30 il arzində bu inf­rastrukturlarda təmir-bərpa işləri aparılmayıb. Sərsəng Su Elektrik Stansiyası Qarabağda əsas elektrik enerjisi mənbələrindən biridir. Texniki qiymətləndirmədən sonra SES-də təmir-bərpa işləri aparılacaq. Bu işlər müasir texniki tələb­lərə uyğun şəkildə qurularaq, Avropa standart­ları səviyyəsinə çatdırılacaq, daxili enerji tələ­batının ödənilməsinə xidmət edəcək.

Sərsəng Su Anbarı ərazisindən 20 kilometr aşağıda isə Suqovuşan Su Anbarı va "Suqo­vuşan-1" va "Suqovuşan-2" kiçik su elektrik stansiyaları yerləşir. Onlar da Ulu öndərin təşəbbüsü ilə inşa olunub. Bu ərazi II Qarabağ müharibəsində işğaldan azad edilib. Həm su anbarı, həm də stansiyalar keçən müddət ər­zində əsaslı təmir olunub. Anbarın divarlarına beton örtüyü vurulub, oradakı bütün avadan­lıqların əsaslı təmiri hayata keçirilib, magistral kanalda zəruri işlər görülüb.

Bundan əvvəl isə işğalçıların yararlı eh­tiyat hissələrini söküb daşıdığı, apara bil­mədiklərini isə dağıtdığı "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyala­rının maşın zalları, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, pa­nellər, yarımstansiyanın gərginlik va cərəyan transformatorları təmir edilib və ya yeniləri ilə əvəzlənib.

Gücü 4,8 meqavat olan "Suqovuşan-1" və gücü 3 meqavat olan "Suqovuşan-2" kiçik su elektrik stansiyalarını qidalandıran Tərtər elektrik yarımstansiyasından Suqovuşan qəsəbəsi və Talış kəndini elektrik enerjisi ilə təmin edən xəttin çəkilişi zamanı ilk dəfə ola­raq izolyasiyalı kabeldən istifadə olunub. Bu, ənənəvi hava elektrik xətlərinə nisbətən daha təhlükəsiz və şəbəkələrin dayanıqlı işini təmin etmək üçün texniki baxımdan alverişli inno­vativ həlldir.

Yeni kabel xətlərinin tətbiqi ilə yüksək gərginlik xətlərinin bilavasitə altında, yaxud yaxınlığında yerləşən yaşayış və əkin sahələri­nin, həmçinin insanların fəaliyyət təhlükəsiz­liyi dəfələrlə artır, təbiət hadisələrinin elektrik verilişi xətlərinə təsiri isə aradan qalxır. İzol­yasiya olunmuş yeni tip kabel xətlərinin istifa­dəsi enerji sisteminin dayanıqlılıq, etibarlılıq va səmərəlilik göstəricilərini beynəlxalq stan­dartlara yaxınlaşdırmağa imkan verir. İzolya­siyalı kabel ölkəmizdə ilk dəfə Suqovuşanda tətbiq olunub.

Qeyd edək ki, 2021-ci il oktyabrın 3-də Tərtər çayı üzərində inşa olunmuş "Suqovu­şan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub. Sonradan su anbarında təmir-bərpa işlə­ri aparılarkən hər iki stansiya işini müvəqqəti dayandırmışdı. Təmir-bərpa işləri başa çatan­dan sonra anbar yenidən su ilə dolduruldu. Oradan öz axını ilə suyun verilməsi təmin edildi. Hər iki stansiya yenidən fəaliyyətə başladı və ümumi sistemə qoşuldu. Bu barədə Energetika Nazirliyinin açıqlamasından aydın olur ki, yenidən fəaliyyətə başladığı dövrdən 2023-cü il oktyabrın 1-dək hər iki stansiyada, ümumilikda, 21.8 milyon kVt saat elektrik enerjisi istehsal edilib.

"Azərenerji" ASC-nin mətbuat mərkəzi­nin rəhbəri Teymur Abdullayev isə bildirdi: - “Stansiyalarda istehsal olunan elektrik enerjisi ilkin olaraq Suqovuşan qəsəbəsi, Talış kəndi də daxil olmaqla yaxın ərazilərə verilir. Daha sonra isə enerjipaylayıcı elektrik şəbəkəsinin yeni çəkilən elektrik xətləri vasitəsilə digər istiqamətlərə də ötürülür. Bütün bunlar ölkə rəhbərinin həyata keçirdiyi çoxşaxəli inki­şaf siyasətinin yaratdığı reallıqdır. Bu reallıq işğaldan azad edilmiş ərazilərimizin ən qısa müddətdə Azərbaycanın ümumi enerji siste­minə qoşulmaqla, təchizatda oynayacağı rol­dan xəbər verir. "Suqovuşan-1" və "Suqovu­şan-2" kiçik su elektrik stansiyaları da daxil olmaqla bölgədə çox sayda elektrik infrastruk­turunun tikintisi və bərpa olunması bir daha Azərbaycanın gücünü göstərir.

Ölkənin iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülmüş təd­birlər, aparılmış islahatlar elektrik enerjisinə tələbatı tam ödəməklə, Azərbaycanın həm də elektrik enerjisi ixracatçısı kimi potensialını gücləndirir.

 

Pünhan ƏFƏNDİYEV
XQ

Tərtər

Sosial həyat