Şəhid ailələri ilə görüş

post-img

Rayonda şəhid ailələri ilə keçirilən növbəti görüşdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda Vətən qurbanlarının xatirəsinə dərin ehtiram ifadə olunub.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov bildirib ki, şəhid ailələrinin sosial müdafiəsi və onların hərtərəfli qayğı ilə əhatə olunması Azərbaycanda dövlət siyasətinin davamlı istiqamətlərindən biridir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə göstərdiyi yüksək diqqət və himayədarlıq nəticəsində onların həyat şəraiti yaxşılaşdırılır, problemləri, çətinlikləri aradan qaldırılır.

Çıxış edən şəhid ailələri üzvləri dövlətin onlara göstərdiyi qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Onlar bildiriblər ki, bu dəstək həm mənəvi, həm də sosial baxımdan önəmlidir və razılıqla qarşılanır.

Səmimi dialoq şəraitində davam edən mərasimdə şəhid ailələrini maraqlandıran məsələlər müzakirə olunub, arzu və xahişləri qeydə qlınıb.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Sosial həyat