Böyük Turan sevdalısı...

post-img

Sosial şəbəkələrdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, tanınmış jurnalist, ictimai xadim Qənirə Paşayevanın vaxtsız vəfatı münasibətilə çox sayda kövrək və səmimi paylaşımlar edilir.

Onların arasında Qubanın Birinci Nügədi kəndinin sakini, gənc bağban Üfüq İsgəndərlinin ürək sözləri diqqətimizi cəlb etdi. Üfüq yazır:

– Bu acı xəbər bizi sarsıtdı ...Millət vəkili, Vətən və mil­lət aşiqi olan el qızı Qənirə Paşayeva bu vəfasız dünyadan haqq dünyasına getdi... 

Qənirə xanım Böyük Turan sevdalısı idi. O, bu böyük ar­zunun çin olması üçün ömrünü, sanki, şamın ətrafında dövrə vuran bir pərvanəyə çevirmişdi... Ruhu şad olsun!” 

Kollektivimiz bugünkü “Turan elləri” səhifəsini əziz və unudulmaz Qənirə xanımın işıqlı xatirəsinə həsr edib. 

XQ

Sosial həyat