Ulu öndərin milli neft siyasəti

post-img

Mingəçevir Dövlət Universitetində Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Əsrin müqaviləsi tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda konfrans keçirilib. 

İştirakçılar əvvəlcə “Əsrin müqaviləsi tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” filminə baxıblar.

Konfransda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildi­rib ki, Ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbay­cana rəhbər seçildikdən son­ra sosial-iqtisadi həyatın bü­tün sahələrində olduğu kimi, neft sənayesində də əsaslı dəyişikliklər baş verib. 

Bildirilib ki, Xəzərin dərin­liyində işləməyə imkan verən qazma qurğularının alınması nəticəsində yeni 8 neft və qaz yatağı kəşf edilib. Neft ehti­yatları 2, qaz potensialı isə 3 dəfə artıb. Üzən qazma qur­ğularından istifadə nəticəsin­də, indi Azərbaycan neftinin əsas hissəsini verən Günəş­li, Çıraq, Azəri yataqları kəşf olunub.

Bu dövrdə dünyada ana­loqu olmayan Dərin Dəniz Özülləri Zavodu tikilib. Bütün bunlar Azərbaycanın Ümum­milli lideri Heydər Əliyevin uzaqgörən və müdrik siyasə­tinin nəticəsi olaraq gələcək müstəqilliyimiz üçün iqtisadi baza yaratdı.

Məclisdə qeyd edilib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra 90-cı illərin əvvəllərində bir çox çətinlik­lərlə üzləşib. Xalqın tələbi ilə ulu öndər Heydər Əliyev ha­kimiyyətə qayıdandan sonra yeni neft strategiyasına start verdi.

1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məş­hur neft şirkəti ilə "Əsrin müqaviləsi" imzalanıb.

"Əsrin müqaviləsi"nin im­zalanmasından keçən 30 ilə yaxın müddətdə Ümummilli liderin "Yeni neft strategiyası" Prezident İlham Əliyevin rəh­bərliyi ilə böyük uğurla həyata keçirilib. Hazırda hasil edilən neft və qaz ehtiyatları dünya bazarlarına Bakı-Novoros­siysk, Bakı-Supsa, Bakı-Tbi­lisi-Ceyhan, Bakı-Tbilisi-Ər­zurum kəmərləri ilə çıxarılır. Bundan əlavə, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində TANAP və TAP qaz kəmərləri də istifadəyə verilib. 

Azərbaycanın milli sərvəti olan neftdən gələn gəlirlərin gələcək nəsillər üçün topla­naraq artırılması, bugünkü nəsillərin istifadə etməsi üçün Neft Fondu yaradılıb. 

Prezident İlham Əliyev Ulu öndərin neft strategiya­sını inkişaf etdirərək 2017-ci il sentyabrın 14-də “Azəri-Çı­raq-Günəşli” neft-qaz yata­ğının 2050-ci ilə qədər iş­lənməsi haqqında yeni saziş imzalayıb. Dövlət başçısının uğurlu neft siyasətinin nəticə­sidir ki, Azərbaycan nefti döv­lətimizin qüdrətlənməsinə, xalqımızın rifahının yüksəl­məsinə xidmət edir.

Konfransda Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Ümummilli lider Heydər Əliyev neft stra­tegiyasının banisidir”, Milli Məclisin deputatı Aydın Mir­zəzadə “Əsrin müqaviləsi”nə aparan yol. Neft strategiyası­nın uğurları”, MDU-nun elmi işlər üzrə prorektoru Veysəl Əyyubov “Heydər Əliyevin neft strategiyası Azərbayca­nın müstəqilliyinə verilən ən böyük töhfədir”, MDU-nun kafedra müdiri Emiliya Hü­seynova “Yeni neft strategi­yasının ölkə Prezidenti cə­nab İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir mərhələsi dövlətimizin qüd­rətlənməsinə və vətəndaşla­rımızın rifahının yüksəlişinə xidmət edir” məruzələri ilə çıxış ediblər.

İlqar HƏSƏNOV
XQ-nin bölgə müxbiri



Sosial həyat