“Əsrin müqaviləsi”ndəntarixi Zəfərimizə

post-img

Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əsrin müqaviləsi” tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilmişdir.

Nizami adına Mədə­niyyət evində təşkil olunan tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş, önünə gül dəstələri düzülmüşdür.

Dövlət himni səsləndiril­dikdən sonra “Əsrin müqa­viləsi”nə və Azərbaycanın neft sənayəsinin inkişafına həsr edilmiş sənədli film nü­mayiş etdirilmişdir.

Tədbiri giriş sözü ilə açan Tovuz RİH başçısı Məmməd Məmmədov demişdir ki, 29 il bundan qabaq, 1994-cü il sentyabr ayının 20-də Heydər Əliyevin böyük uzaq­görənliyi nəticəsində Bakıda Azərbaycan və dünyanın 8 müxtəlif ölkəsini təmsil edən 13 məşhur neft şirkəti ara­sında “Xəzər dənizinin Azər­baycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqla­rının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəkilində bölüşdürülməsi” haqqında saziş – “Əsrin müqaviləsi” imzalandı. Bu il 100 illik yubileyini qeyd etdi­yimiz Ümummilli lider Heydər Əliyevin “Əsrin müqaviləsi”­nin bağlanmasında misilsiz xidmətləri vardır. 

Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qaydışı Azərbaycanın siyasi və iq­tisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Dövlətimizi labüd fə­lakətdən xilas edən dahi rəh­bər Azərbaycanı siyasi və iqtisadi böhrandan çıxarmaq üçün öz ideyalarını həyata keçirməyə başladı. Ulu ön­dərin böyük uzaqgörənliklə dediyi bu sözlər gerçəkliyə çevrilir: “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsr­də Azərbaycan xalqının inki­şafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suve­renliyinin daha da möhkəm­lənməsi üçün gözəl imkanlar yaradır. İnanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr ola­caqdır”. Hazırda ölkəmiz Ulu öndərin qeyd etdiyi bu xoş­bəxt dövrü yaşamaqdadır. 

Daha sonra tədbirdə çıxış edən Milli Məclisin de­putatı Arzu Nağıyev, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sek­tor müdiri Xəqani Qasımov, Azaflı kənd tam orta məktə­bin direktoru Adil Əsgərov, İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta mək­təbin müəllimi Ulduzə Alı­yeva milli sərvətlərimizdən müstəqil dövlətimizin və xalqımızın rifahı naminə isti­fadə olunması, bu məqsədlə xarici investisiyaların cəlb olunması üçün cəsarət­li siyasi addımlar atıldığını bildirdilər. Qeyd olundu ki, Azərbaycan ilk dəfə idi ki, altı ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft şirkə­ti ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoy­du, xarici sərmayədarların Azərbaycana axınını sürət­ləndirdi. "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağ­lanmasına güclü təkan verdi.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Tovuz rayonu



Sosial həyat