Bolqarıstanla əməkdaşlıq genişlənir

post-img

Ölkəmizdə səfərdə olan Bolqa­rıstan Respublikasının əmək və sosial siyasət nazirinin müavini Desislava Stoyanovanın başçılıq etdiyi nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir­liyində görüş olub.

Nazir müavini Anar Kərimov Azərbaycanda son illər aparılan so­sial islahatların nailiyyətləri, DOST konsepsiyası, ölkəmizdə icra olunan sosial müdafiə və aktiv əmək bazarı proqramları barədə məlumat verib. Sosial sahədə elektron xidmətlərin geniş tətbiqi sahəsində əldə olunan uğurları qeyd edib. 

Söhbət zamanı Azərbaycan və Bolqarıstan arasında əlaqələrin stra­teji tərəfdaşlıq səviyyəsində olduğu vurğulanıb. Əlaqələrin əmək, məş­ğulluq, sosial müdafiə sahələrini də əhatə etdiyi bildirilib. Son illərdə im­zalanan əməkdaşlıq sənədlərinin bu əlaqələrin genişlənməsində önəmi diqqətə çatdırılıb. 

D.Stoyanova ölkələrarası müna­sibətlərin inkişaf etməsindən məm­nunluq ifadə edib. Əmək, məşğulluq və sosial müdafiə sahələrində əmək­daşlığın genişlənməsində maraqlı olduqlarını, islahatlar prosesində fəal təcrübə mübadilələrinin qarşılıqlı əhəmiyyətini vurğulayıb.

Görüşdə gələcək sosial əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat