Avropa Sosial Şəbəkəsinin sədri inklüziv mərkəzdə

post-img

Avropa Sosial Şəbəkəsinin sədri Kristian Fillet DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub. Mərkəzin direktoru Nigar Məmmədova Kristian Filleti qurumun fəaliyyəti ilə tanış edib. 

Qonağa həssas əhali qruplarının sosial müdafiəsi sahəsində aparılan işlər, onların cəmiyyətə fəal inteqra­siyası istiqamətində həyata keçirilən layihələr barəsində məlumat verilib. Qeyd edilib ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi şəhid ailələri üzvləri, əlilliyi olan şəxslər, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, aztəminatlı ailələrin üzvləri və digər həssas qruplara xid­mət göstərir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəzin Cənubi Qafqaz­da geniş fəaliyyət sahələrini əhatə edən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olduğu vurğulanıb.

Qonaq mərkəzdə yaradılan şə­rait, müxtəlif fəaliyyət istiqamətləri üzrə aparılan təlimlər, benefisiarların hazırladıqları yaradıcılıq nümunələri ilə tanış olub. Təlimlərə cəlb olunan həssas qrupların bacarıq və istedad­larının inkişaf etdirilməsi ilə yana­şı, burada onlarla bağlı fərdi inkişaf planları əsasında kompleks reabili­tasiya işlərinin də aparıldığı diqqətə çatdırılıb. Mərkəzin benefisiarlarının ifasında konsert proqramı təqdim edilib.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat