Layihələrin beynəlxalq uğurları

post-img

Əmək və Əhalinin Sosial Müda­fiəsi Nazirliyinin “Əlillik” altsistemi “Avropa Müxtəliflik Mükafatı 2023” müsabiqəsinin finalçısı adına layiq görülüb. 

Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən müsabiqəyə “Əlillik” alt­sisteminin funksionallığı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uy­ğunluğu, əlilliyin qiymətləndirilməsin­də şəffaflıq, obyektivlik və çevikliyin təminatında mühüm rolu barədə mə­lumatlar təqdim edilib. 

Altsistemin müasir informasiya texnologiyalarının geniş tətbiqində, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldil­məsi və səmərəliliyində xüsusi önəmi vurğulanıb.

“Əlillik” altsistemi qiymətləndir­mə komandası tərəfindən yoxlanılıb və 50-dən çox ölkədən 18 kateqoriya üzrə 168 layihənin iştirak etdiyi mü­sabiqənin “Texnologiyada müxtəliflik” kateqoriyasında finalçılar siyahısına daxil edilib. Müsabiqənin Böyük Bri­taniyada keçiriləcək final mərhələsin­də qaliblər seçiləcək. 

Böyük Britaniyanın 2010-cu ildən fəaliyyət göstərən “Avropa Müxtəliflik Müsabiqəsi” təşkilatının hər il keçirdi­yi müsabiqələr bərabərlik, müxtəliflik və inklüzivlik gündəmində əsl fərq yaradan şəxsləri və təşkilatları müəy­yən edir. 

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat