Misirdə Ulu öndərə həsr olunmuş müsabiqə

post-img

Misir–Azərbaycan Dostluq Cəmiy­yəti Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə təd­birlər keçirir. Avqustun 13-də ərəb xəttatları arasında müsabiqənin nəti­cələri açıqlanıb.

Xəttatlar arasında keçirilən müsa­biqədə Ulu öndərin söylədiyi "Hər bir insan üçün milli mənsubiyyəti onun qü­rur mənbəyidir" müdrik kəlamının ərəb dilinə tərcüməsi və məşhur şair əl-Buh­turinin Azərbaycan xalqını mədh edən şeirinin mətni təqdim olunub.

Qeyd edək ki, müsabiqənin iştirakçı­larına diplomlar və 6 qalibə pul mükafatı verilib. Müsabiqənin 5 qalibinin isə Di­asporla İş üzrə Dövlət Komitəsi tərəfin­dən Azərbaycana səfəri nəzərdə tutulur.

Sosial həyat