Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya kubokunda final döyüşlərinə start verilib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, millimizin heyətində ilk olaraq həlledici görüşə Səidcəmşid Cəfərov çıxıb.
75 kiloqramda mübarizə aparan boksçumuz Tauan Silva (Braziliya) ilə gücünü yoxlayıb. Hər 3 raundu aktivinə yazan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gələrək Dünya kubokunun qızıl medalına yiyələnib və Braziliyada Azərbaycan himnini səsləndirib.
Qeyd edək ki, gecə saatlarında Sübhan Mamedov (50 kq) və Məhəmməd Abdullayev (+90 kq) də final görüşünə çıxacaq. Bir gün öncə isə Nəbi İsgəndərov (70 kq) bürünc medala yiyələnib.
Qabil YUSİFOĞLU
XQ

