Heydər Əliyev və diaspor quruculuğu

post-img

“Heydər Əliyev İli” çərçivəsində Naxçıvanda keçirilən Diaspor Gənclərinin IV Yay Düşərgəsinin I paneli “Ulu öndər Heydər Əliyevin həyat yolu” mövzusuna həsr olunub. 

Diasporla İş üzrə Dövlət Komitəsi­nin sədri Fuad Muradovun moderator­luğu ilə keçirilən paneldə millət vəkili, AMEA-nın həqiqi üzvü, Filologiya elm­ləri doktoru, professor Rafael Hüsey­nov, Azərbaycanın sabiq baş naziri və keçmiş xarici işlər naziri Həsən Həsə­nov, sabiq xarici işlər naziri, ölkəmizin Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev çıxış ediblər. 

Panel iştirakçılarını və qonaqları sa­lamlayan Komitə sədri müasir müstəqil Azərbaycan dövlətinin memarı və qu­rucusu Heydər Əliyevin ölkə tarixindəki müstəsna rolundan danışıb. 

Heydər Əliyevin siyasi olimpə ye­nidən yüksəlişinin qədim Naxçıvan torpaqlarından başladığını vurğula­yan Həsən Həsənov qeyd edib ki, hələ sovet dövründə Azərbaycana rəhbərlik edən Heydər Əliyev müstəqillik dövrü­nün gələcəyini hər kəsdən daha yax­şı bilir və o zamandan respublikamızı azadlıq mərhələsinə hazırlayırdı.

Heydər Əliyevin xarici siyasət və diaspor quruculuğu sahələrində xid­mətlərindən söz açan Vilayət Quliyev nəzərə çatdırıb ki, xaricdəki diaspor təşkilatları zamanla Heydər Əliyevin istədiyi səviyyəyə yüksəlib. 

Rafael Hüseynov bildirib ki, Heydər Əliyev xarici ölkələrə səfərləri zama­nı azərbaycanlılarla mütləq görüşürdü və tövsiyyələrini verirdi. “Mən bunun şəxsən şahidi olmuşam. Ulu öndər mil­lətimizin bütövləşməsində müstəsna xidmətləri olan ən böyük tarixi şəxsiy­yətlərdən biridir”.

Tədbirin sonunda diaspor gənc­lərinə parlaq və xarizmatik şəxsiyyət Heydər Əliyevə həsr olunmuş kitab, eləcə də Azərbaycan tarixini və coğrafi­yasını əhatə edən atlas hədiyyə edilib.

Səbuhi HƏSƏNOV, “Xalq qəzeti”



Sosial həyat