Ulu öndərə həsr olunmuş Azərbaycan Dili və Ədəbiyyatı Forumu

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində sentyabrın 2-4-də ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcək.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Na­zirliyinin, Azərbaycan Milli Elmlər Akademi­yasının dəstəyi ilə hazırlanan məclis tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin iştirakı ilə sentyabrın 2-də Azərbay­can ədəbiyyatına və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şamaxı şəhərində baş­layacaq, sentyabrın 3–4-də isə Bakı şəhərində davam edəcək.

Ədəbi-elmi ictimaiyyətin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda mədəniy­yətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu, Azər­baycan dilinin saflığının qorunub saxlanıl­ması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği, teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə diskussiyalar olacaq.

Mütəxəssislərin forum çərçivəsindəki fi­kir və təklifləri ümumiləşdirilərək “Azərbay­can mədəniyyəti – 2040” Dövlət Proqramında öz əksini tapacaq.

Azərbaycan Dili və Ədəbiyyatı Forumun­da iştirak etmək istəyən şəxslər avqustun 25-dək Mədəniyyət Nazirliyinin “culture.gov.az” rəsmi internet saytında yerləşdirilən onlayn müraciət forması vasitəsilə qeydiyyatdan keçə bilərlər. 

“Xalq qəzeti”

Sosial həyat