Kakao iç, gənc qal...

post-img

Elm adamları kakao paxlasında epikateşin kimi bir elementin olduğunu aşkar ediblər. Bu, orqanizmdə xərçəng və diabetlə mübarizə aparan, həmçinin infarkt və insultların qarşısını alan təbii, kimyasal flanovoiddir. Səhərlər kakao dəmləyib içənlərdə qocalma prosesi ləngiyir.

Qərb alimlərinin araşdırmalarına görə, kakao piylənməyə səbəb olmur, əksinə, əlavə çəkidən azad olmağa kömək edir. Çünki istifadə edildikdə, doyma hissi çaydan (yaşıl və ya qara) və ya qəhvədən daha tez yaranır.

Mütəxəssislər belə qənaətə gəliblər ki, kakaonun faydasını görmək üçün onu səhər içmək daha yaxşıdır. Kakao paxlasında dərini ultrabənövşəyi radiasiyanın mənfi təsirlərindən qoruyan melanin var. Melanin günəş yanıqlarının qarşısını alır, toxumaların elastikliyini, bununla da gəncliyi qoruyur. 

Kakaonun başqa faydaları da, əks göstərişləri də var:

Təzyiqi azaldır. Kakao azot oksidi ilə doludur, bu da damarların genəlməsinə səbəb olur və təzyiq kifayət qədər tez aşağı düşür.

Sümükləri gücləndirir. Kakaonun tərkibindəki kalsium, fosfor sümük və oynaqlarda problemi olanlar üçün çox faydalıdır.

Bütün müsbət xüsusiyyətləri ilə yanaşı, kakaonun əks- göstərişi də var. Məsələn, qastrit, mədə və ya onikibarmaq bağırsağın xorası olanlar bu içkinin qəbulunu məhdudlaşdırmalıdırlar.

Z.HÜSEYNLİ,  “Xalq qəzeti”

 

Sosial həyat